▶ Leylican Leyli – İnstrumental Oyun Havası | Azərbaycan Xalq Musiqisi 2026▶ Sədaqətim Var – Günay Novruz | Duyğulara Toxunan Azərbaycan Sevgi Mahnısı▶ Aman Telo – Xalq Mahnısı Yeni Aranjman Enerjili Rəqs Ritmləri ilə Yeni Səslənmə YALLI▶ Aman Telo – Xalq Mahnısı Yeni Aranjman Enerjili Rəqs Ritmləri ilə Yeni Səslənmə▶ Başqa Birisini Sevə Bilməzsən” – Duyğulu Cover | Günay Novruz▶ YouTube-dan pul qazan. #AdSense#Monetizasiya#YouTubeTips#ParaQazanma#Qazanc#YouTuber#KanalBöyütmə▶ Şeir Xalq şairi Cabir Novruzundur.▶ #cat #ovcularsosiska▶ 4 Ocak 2026▶ 4 Ocak 2026▶ #Kimin şeiridir #günaynovruz▶ 5 Ocak 2026▶ Ömür Yolu – Sürətli Həyatın və Yağışlı Gecələrin Instrumentalı▶ Uşaqlara oyuncaq olaraq nələr alırsınız?Mən, məsələn, belə oyuncaqlar almağı sevirəm.▶ Maşın Sürərkən Dinləmək üçün Musiqi | Həzin və Sakit Melodiyalar

Günay Novruz

Günay Novruz 1985-ci il iyunun 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində anadan olub. Qəsəbədəki 6 saylı orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsində alıb, 2008-ci ildə oranı bitirib. 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsilini davam etdirib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdünə layiq görülüb. İki kitab müəllifidir: – “Xoxan” (2009) – “30” (2015) Radio və televiziya sahəsində bir çox layihələrin müəllifi və aparıcısı olub. Onun müəllifi və aparıcısı olduğu layihələr arasında bunlar yer alır: – “Məqsədimiz var”, “Addım atdım”, “Kimsiz siz”, “Hələ vaxtınız var” (Azərbaycan Radiosu 2009-2013) “Yenə efirdəsən” (Azərbaycan Radiosu və Mədəniyyət kanalı 2019-2024) – “Həmin Mən” (Mədəniyyət kanalı -2024) – “Zərif güclülər” (İdman Azərbaycan kanalı -2024) və s. Ssenari müəllifi olduğu sənədli filmlər: – Həmin Mən (2013), Ayrıldıq ki, qovuşaq (2013), Bir ölümün acığına (2014), Gözümdə qan qaldı(2014), Günəşə dua (2014) Xalqımızın “Səhər”i (2014), Xocalı əksi, (2014) Mən Xocalı (2014), 80-ci səhifə (2015), Dövrünün Müşfiqi (2018), Körpülüdən gəlirəm (2024) Rejissoru olduğu sənədli filmlər: – Danışan qayalar (2017) – Canlı tarix (2019)